Yetkinlik yaşına çatmayanlara ünvanlanan social siyasətin hüquqi əsası kimi, yuvenal ədliyyənin inkişafı bu gün qanunverici, icra hakimiyyəti, məhkəmə, yerli özünüidarə orqanları və vətəndaş cəmiyyəti qurumlarının səylərinin cəmləşdiyi əsas nöqtədir.
Yuvenal Ədliyyə Məlumat Portalının təsisçiləri olan, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, Ümidli Gələcək Gənclər Təşkilatı, ATƏT-in Bakı ofisi və Böyük Britaniya səfirliyi - bu portalı yuvenal ədliyyə sisteminin inkişafı prosesində iştirak edən məhkəmə, qanunverici, icra hakimiyyəti, ictimai təşkilatlar, yerli özünüidarə orqanları arasında məlumat və təcrübə mübadiləsini təmin etmək məqsədilə yaratmışlar.
Bu məlumat portalı 2005-ci ilin Yanvar ayından başlayaraq Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının üzvü olan Ümidli Gələcək Gənclər Təşkilatının ATƏT-in Bakı ofisi və Böyük Britaniya səfirliyinin dəstəyilə «Azərbaycanda Yuvenal Ədliyyənin inkişafı» proqramı çərçivəsində yaradılmışdır.